Araşdırma-müzakirə
Anar kubun hər üzünə bir stiker yapışdırmaq istədi.
- Ona 3 kubun, 4 kubun üzlərinə yapışdırmaq üçün
neçə stiker lazımdır?
- Bunu necə tapmaq olar?
Açar sözlər
- dəfə
- vuruq
- hasil
- 6-ya vurma
- 7-yə vurma
Öyrənmə
Ədədi 6-ya vurmaq 6-nı həmin ədəd dəfə təkrar toplamaq deməkdir.
8 · 6 = 6 + 6 + 6 + 6 + 6 + 6 + 6 + 6 = 48
8
6 · 6
7 · 6
8 · 6
9 · 6
10 · 6
- Vuruqlardan birini hissələrə
ayırmaqla da hasili tapmaq olar.
Bu zaman həmin hissələrin digər
vuruqla hasilləri toplanır.
30 + 18 = 48
8 · 6 = 48
Ədəd oxunda hansı vurma əməli
təsvir olunub?
Bələdçi
• NÜMUNƏ •
30 + 24 = 54
9 · 6 = 54
Təsvirlərə əsasən vuruqlardan birini verilmiş
hissələrə ayırmaqla 9 · 6 hasilini tapın.
4-cü bölmə • Vurma və bölmə