1. Vurma və bölmənin əlaqəsinə aid misallar yazın.
4. Vurma cədvəlindən istifadə etməklə boş xanalardakı ədədləri müəyyən
edin.
: 9 = 3
· 2 = 18
: 5 = 3
4 · = 32
: 2 = 9
·7 = 21
16 : = 8
· 9 = 27
: 9 = 2
· 3 = 15
32 : = 4
2 · = 18
: 7 = 3
2 · = 16
5. Üçbucağın uyğun hissələrində vurma və bölmə ilə əlaqəli üç ədəd
yazılmalıdır.
a) “?” işarəsinin yerinə
hansı ədədlər olmalıdır?
b) Səhv yazılmış ədədləri
tapın və düzəldin.
6. Vurma və bölmə əməlləri ilə əlaqəli olan üç ədədi müəyyən edin. Uyğun
misallar yazın.
a) 3, 18, 7, 21
b) 4, 8, 3, 32
c) 5, 9, 45, 55
d) 4, 18, 9, 36
e) 5, 10, 15, 50
7. Dairələrin içinə “+”, “–”, “.”, “:” işarələrindən uyğun olanını tapın.
8 4 = 4
4 4 = 16
8 2 = 6
6 4 = 10
12 4 = 3
12 3 = 9
8. Samir fikrində üçrəqəmli ədəd tutdu. Bu ədədin onluqlarının sayı 4-dür.
Təkliklərin sayı onluqlardan 2 dəfə çoxdur. Yüzlüklərin sayı isə təkliklərdən 8 dəfə
azdır. Bu hansı ədəddir?
9. Elxan meşədən 9, Lalə 11, Səbinə isə 4 göbələk yığdı.
Onlar topladıqları göbələkləri aralarında bərabər
böldülər. Hər uşağa neçə göbələk düşdü?
10. Tutumu 5 l olan vedrəni 6 dəfə su ilə tam doldurub boş
çəlləyə tökdülər. Çəllək 50 l su tutur. Çəlləyi doldurmaq
üçün daha neçə litr su lazımdır?
11. Bağban hər cərgədə 4 ağac olmaqla 6 cərgə armud və
hər cərgədə 5 ağac olmaqla 5 cərgə alma ağacı əkdi.
O hansı ağacdan daha çox əkdi?