8. Əvvəlcə yüzlüklərə, sonra isə onluqlara qədər yuvarlaqlaşdırmaqla
təqribi hesablayın. Hansı cavab dəqiq cavaba daha yaxındır?
732 – 296
323 + 379
404 – 138
54 + 257
982 – 596
616 – 194
9. Kartları yanaşı qoyduqda alınan ən böyük və ən kiçik üçrəqəmli ədədləri
müəyyən edin. Bu ədədlərin cəmini və fərqini tapın.
10. Səbinə və Samir hərəsi fikrində bir ədəd tutdu. Səbinənin fikrində tutduğu
ədədin onluqlar mərtəbəsindəki rəqəmi 3 vahid azaltdıqda 446 alınır.
- Səbinə fikrində hansı ədədi tutmuşdu?
- Bu ədəd Samirin fikrində tutduğu ədəddən 208 vahid böyükdür.
Samir fikrində hansı ədədi tutmuşdu?
11. Məktəbdə 489 qız və 467 oğlan təhsil alır.
Bu şagirdlərin 688 nəfəri səhər, qalanları isə
günorta növbəsində oxuyur. Günorta
növbəsində neçə şagird oxuyur?
12. Hava limanında üç təyyarə uçuşa
hazırlaşırdı. Cədvəldə reyslər və hər təyyarədəki
sərnişinlərin sayı göstərilib.
- Üç təyyarədə cəmi neçə sərnişin var idi?
- İstanbula uçan sərnişinlər Naxçıvana uçan
sərnişinlərdən neçə nəfər çoxdur?
- Naxçıvana və Kiyevə uçan sərnişinlərin birlikdə
sayı İstanbula uçan sərnişinlərdən neçə nəfər
çoxdur?
Aviareyslər |
Sərnişin sayı |
Bakı-Naxçıvan |
212 |
Bakı-İstanbul |
86 |
Bakı-Kiyev |
198 |
13. Boş qabın kütləsi 275 qramdır. Qabdakı albalıların
kütləsi nə qədərdir?
- Ədədləri əvvəlcə onluqlara, sonra isə yüzlüklərə
qədər yuvarlaqlaşdırmaqla təqribi cavabları tapın.
- Dəqiq cavabla hər təqribi cavabın fərqini hesablayın.
3-cü bölmə • Çıxma (1000-ə qədər)