Təsvirlərdən istifadə etməklə və alt-alta yazmaqla fərqi tapın.
• NÜMUNƏ •
223 – 48 = ?
Yüzl.
Onl.
Təkl.
a) 534 – 157 = ?
Yüzl.
Onl.
Təkl.
b) 344 – 289 = ?
Yüzl.
Onl.
Təkl.
Müstəqil iş
1. Fərqi tapın.
Bəzən azalanın onluqları sıfıra bərabər, təklikləri isə çıxılanın təkliklərindən kiçik
ola bilər. Bu halda azalanın onluqları sıfıra bərabər olduğu üçün əvvəlcə 1 yüzlük
ayırıb onluqlarına, sonra isə 1 onluq ayırıb təkliklərinə əlavə edilir. Bundan
sonra təkliklər, onluqlar və yüzlüklər çıxılır. Məsələn: 205 – 98 = ?
1 yüzlük ayırıb onluqlara, sonra
1 onluq ayırıb təkliklərə əlavə
olunur.
205 – 98 = 107
DİQQƏT! Azalanın təklik və
onluqları sıfıra bərabər olduğu
halda da eyni qaydadan istifadə
edilir. Məsələn: 300 – 27 = ?