7. Şirniyyatçı sifarişə görə dörd gün ərzində cəmi
985 ədəd şirniyyat bişirib təhvil verməli idi. O, üç
gün ərzində təhvil verdiyi şirniyyatların sayını
cədvəldə qeyd etdi. Şirniyyatçı bazar günü neçə
şirniyyat bişirib təhvil verməlidir?
Həftənin
günləri
Şirniyyatların
sayı
Cümə axşamı
246
Cümə
322
Şənbə
268
Bazar
?
8. İnşaatçılar üçbloklu binaya 486 pəncərə
qoydular. Birinci bloka 180 pəncərə, ikinci bloka
isə bundan 54 ədəd az pəncərə qoyuldu. Binanın
üçüncü blokuna neçə pəncərə qoyuldu?
9. Mağazada milli oğlan geyim dəstinin qiyməti
149 manat, qız geyim dəstinin qiyməti isə bundan
29 manat bahadır. Alıcı bir oğlan və bir qız milli
geyim dəsti aldı.
O neçə manat ödəməlidir?
Alıcı satıcıya 350 manat verdi. Satıcı ona neçə
manat qaytarmalıdır?
10. Həftə ərzində birinci kuryer 465, ikinci kuryer
448 bağlamanı ünvanlara çatdırmalı idi. Həftəiçi
birinci kuryer 309, ikincisi isə 270 bağlama
çatdırdı. Həftəsonu hansı kuryer daha çox
bağlama çatdırmalıdır?