Məsələ həlli
3. Məktəbin zalı 420 şagird tutur. Cədvəldə bu
məktəbin ibtidai siniflərində oxuyan şagirdlərin sayı
qeyd olunub. Bütün ibtidai sinif şagirdləri bu zala
yerləşərmi?
Siniflər |
Şagird sayı |
1-ci sinif |
98 |
2-ci sinif |
114 |
3-cü sinif |
106 |
4-cü sinif |
86 |
4. Tikiş evində iyun ayında 234, iyul ayında 188 məktəbli geyimi tikildi. Avqust
ayında tikilən geyimlərin sayı isə əvvəlki iki ayda tikilən geyimlərin sayının
cəminə bərabərdir. Tikiş evində yay aylarında cəmi neçə məktəbli geyimi
tikildi?