Üçrəqəmli ədədlərin toplanması
(yeni onluq və yüzlüyün yaranması)
Araşdırma-müzakirə
Abakın hər milindəki aşıqlar ədəddə neçə yüzlük, onluq və təklik olduğunu
göstərir. Hər mildə ən çoxu 9 aşıq ola bilər. Toplama zamanı mildəki aşıqların
sayı 10-a çatdıqda, yaxud 10-u keçdikdə 10 aşıq kənara qoyulur.
Bunun əvəzində isə soldakı milə bir aşıq əlavə olunur.
Anar və Lalə aldıqları pazllardakı hissələrin sayını
abakda təsvir etdilər.
- Lalənin pazlında neçə hissə var?
- Anarın pazlında neçə hissə var?
-
Hər iki uşağın pazlında birlikdə neçə hissə var?
Bunu abak vasitəsilə necə tapmaq olar?
Anar
Lalə
Öyrənmə
Üçrəqəmli ədədləri toplayarkən həm təkliklərin, həm də onluqların cəmi 10 və
ya daha böyük ola bilər. Bu halda təkliklərin cəmindən yeni onluq, onluqların
cəmindən isə yeni yüzlük yaranır. Məsələn: 375 + 148 = ?
1
Təkliklər toplanır.
5 təkl. + 8 təkl. = 13 təkl. = 1 onl. + 3 təkl.
2
Onluqlar toplanır.
1 onl. + 7 onl. + 4 onl. = 12 onl. = 1 yüzl. + 2 onl.
3
Yüzlüklər toplanır.
1 yüzl. + 3 yüzl. + 1 yüzl. = 5 yüzl.
375 + 148 = 523
375 + 148 cəmini ədəd oxunda necə təsvir etmək olar?