TƏKRAR ÜÇÜN TAPŞIRIQLAR
1. Toplananları onluq və təkliklərinə ayırmaqla cəmi tapın. Toplama əməlinin
bir neçəsini ədəd oxunda təsvir edin.
49 + 30
76 + 12
25 + 34
47 + 13
83 + 14
58 + 42
74 + 26
2. Cəmi tapın.
3. Ədədləri tapın.
8 onl. + 20 təkl.
7 onl. + 3 onl.
6 onl. + 35 təkl.
9 onl. + 10 təkl.
4. Hesablayın.
39 + 11 + 25
34 + 12 + 16
40 + 17 + 40
14 + 15 + 35
7 + 20 + 13
5. Boş xanadakı ədədləri müəyyən edin.
90 + = 100
82 + = 91
93 + = 98
50 + = 100
79 + = 95
60 + 20 + = 90
40 + + 35 = 95
25 + + 25 = 70
60 + 30 + = 100
6. “Ədəd tərəzisi”nin gözləri bərabərləşib. “?” işarəsinin yerinə hansı ədəd olmalıdır?
7. Verilmiş kvadratda sətir və sütun üzrə ədədlərin cəmi
100-ə bərabərdir. Boş xanalarda hansı ədədlər olmalıdır?
8. Uşaqlar üç avtobusla gəzintiyə çıxdılar. Birinci avtobusda 35,
ikincidə isə 25 uşaq var idi. Üçüncü avtobusda ikincidən 13 uşaq çox idi.
• Üçüncü avtobusda neçə uşaq var idi?
• Gəzintiyə cəmi neçə uşaq çıxmışdı?
9. Cədvəldə dayanacaqdakı maşınların rənglərinə görə sayları verilib.
Cədvələ əsasən suallara cavab verin.
• Dayanacaqda cəmi neçə maşın var?
• Hansı rəngdə maşın daha çoxdur?
• Hansı rəngdə maşın daha azdır?
• Ağ və boz maşınların birlikdə sayı qırmızı və qara maşınların
birlikdə sayından nə qədər çoxdur?
Rənglər |
Say |
Qırmızı |
17 |
Ağ |
49 |
Qara |
11 |
Boz |
13 |