MƏSƏLƏ VƏ MİSALLAR
1. Qanunauyğunluğu müəyyən edin və boş yerlərə uyğun ədədləri tapın.
a) 402, 502, 602, ____ , ____
b) 844, 854, ____ , 874 , ____
c) 567, 577, 587, ____ , ____
d) 799, 699, ____ , 499 , ____
2. Sizcə, uşaqların fikirləri doğrudurmu?
840 ədədinin yüzlüklərinin sayını 1
vahid
azaltsam, ədədin özü 100 vahid azalar.
Anar
840 ədədinin onluqlarının sayını 3
vahid
artırsam, ədədin özü 30 vahid artar.
Səbinə
3. Verilmiş ədədlərdən uyğun olanları seçin.
243
378
454
478
544
632
753
a) 5 rəqəminin mərtəbə qiyməti 50-yə bərabərdir.
b) 3 yüzlüyü, 78 təkliyi var.
c) Təkliklərinin sayı onluqlarının sayından 1 vahid kiçikdir.
d) 4 onluğu, 4 təkliyi və 5 yüzlüyü var.
4. Aynur 13 onluq kubdan 1 yüzlük kub düzəltdi.
Neçə onluq kub kənarda qaldı?
5. Doğru bərabərlikləri müəyyən edin.
562 = 4 yüzl. + 16 onl. + 2 təkl.
562 = 5 yüzl. + 5 onl. + 12 təkl.
562 = 5 yüzl. + 16 onl. + 2 təkl.
734 = 7 yüzl. + 30 onl. + 14 təkl.
734 = 6 yüzl. + 13 onl. + 4 təkl.
734 = 7 yüzl. + 43 təkl.
6.
Mağazada muncuqlar yüzlük və onluq
paketlərdə, həmçinin tək-tək satılır. Lalə 4 yüzlük,
14 onluq paket və 5 dənə tək muncuq aldı.
Lalə cəmi neçə muncuq aldı?
7. Oyuncaq mağazasında kürəciklər onluq paketlərdə satılır.
Samirin 100 kürəciyi var. O, kürəciklərinin sayını 250-yə
tamamlamaq istəyir. Samir onluq paketlərdən neçəsini almalıdır?
1-ci bölmə • Ədədlər (1000-ə qədər)