"Əsgər qardaşlar"
(«Братья-воины»)
Музыка Наили Мирмаммедли,
слова Замины Хыналы.
Как можно в музыке
рассказать о героизме?
Выразительно спойте
песню «Братья-воины»,
шагая в соответствии с её
ритмом.
I куплет
Mətin addımların döyüntüsündən
Lərzəyə düşübdür düşmən ordusu.
Əsgər qardaşların uca boyundan
Qorxuya düşübdür düşmən ordusu.
Припев:
Geriyə yol yoxdur, yalnız irəli!
Açılan sabahlar gözləyir sizi.
Sevib sevindirin siz qəlbimizi,
Yaşayın, var olun, əsgər qardaşlar!
Analar fəxr edir, bacılar sevir,
Sizin qədrinizi bütün el bilir.
Sevincdən xalqım da göz yaşın silir,
Sevinin, şad olun, əsgər qardaşlar!
Yaşayın, var olun, əsgər qardaşlar!
II куплет
Ürək döyüntüsü, qəlb çırpıntısı,
Qaranlıq gecənin tez açılması,
Nurlu sabahların işıq saçması,
Sizin əlinizdə, əsgər qardaşlar.
Припев.