Bayramlarda səslənən musiqi əsərlərinin
melodiyaları insanlarda şən, xoş
əhvali-ruhiyyə yaradır.
1 Musiqi Günü
Üzeyir Hacıbəylinin hər
bir musiqi əsəri dinləyicini
düşündürür.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
əsərləri milli və dünya musiqi xəzinəsini
zənginləşdirmişdir. 18 sentyabr bəstəkarın
doğum günüdür. Hər il həmin gün Üzeyir Musiqi
Günü keçirilir və hər yerdə Üzeyir Hacıbəylinin
əsərləri səsləndirilir. Həmin günü Milli Musiqi
Günü də adlandırırlar.