26
Konsertə hazırlıq
Hər bir tədbir, konsert hazırlıq tələb edir. Konsertə hazırlaşarkən
musiqiçilər öz ifaları üzərində işləyirlər. Onlar musiqi əsərlərini
dəfələrlə təkrar edirlər: kimi mahnı oxuyur, kimi musiqi
alətində çalır, kimi isə rəqs edir. Musiqiçilər hazırlıq
məşqlərində (repetisiyalarda) ifa olunacaq konsert
nömrələrinə aid atributlardan da istifadə edirlər.
"Repetisiya"
oyunun qaydaları:
6 qrupa bölünün. Hər qrupun bir üzvü növbə ilə masaya yaxınlaşıb qiymətləndirmə cədvəlini və afişada qeyd olunmuş musiqi nümunələrinin adları yazılmış kartlardan birini götürsün, onları qrupuna təqdim etsin. Növbə ilə qrup şəklində kartdakı musiqi nümunəsini ifa edin. Digər qrupların çıxışını isə cədvələ görə qiymətləndirin.

Verilmiş cədvəlin əsasında
qrupların ifasını qiymətləndirin.
qrupların ifasını qiymətləndirin.
Sinif konsertinə az vaxt qalıb.