Bölmə 6 Kino musiqisi

23

“Bir qalanın sirri” filmi

Hər millətin, hər torpağın öz adı var, öz ünvanı,
Yağılara baş əyməyib Azərbaycan qəhrəmanı.
(Nəriman Həsənzadənin "Azərbaycan" şeirindən bir parça)
"Bir qalanın sirri" filminin qısa məzmunu:

Simnar adlı qəddar bir hökmdar var idi. O, cadugər vəziri ilə birlikdə xalqın əlindən torpağını və suyunu almışdı. Elmin sirlərini dərindən bilən Eldostu, onun şagirdləri Elşən və Mətanət birləşərək qara qüvvələrə qalib gəlirlər. Xalq zalım xan və onun cadugər vəzirinə qarşı mübarizədə zəfər qazanır, minlərlə insana sevinc və xoşbəxtlik bəxş edir.
"Bir qalanın sirri"
filmindən bir parça
Musiqisi Rauf Hacıyevindir.
Filmdə döyüş səhnəsinin musiqisinə
uyğun kartda verilmiş musiqi ifadə
vasitəsinin növünü seçin.
Qəhrəmanlıq bir çox şair
və bəstəkarları yeni əsərlər
yazmağa ilhamlandırıb.

Melodiya

qalxan,enən

Ritm

ahəng,oynaq,marş

Temp

asta, orta, tez

Lad

major, minor

Dinamik çalarlar

forte, piano

Tembr

(musiqi alətlərinə görə)

zərb, nəfəs, simli