Musiqi obrazlarını yaratmaq
üçun zərb alətlərindən necə
istifadə etmək olar?
"Musiqi obrazı" oyununun qaydaları:
4 qrupa bölünün. Hər qrupun bir üzvü növbə ilə masaya
yaxınlaşıb, bir növ zərb alətini (nağara, şaxşax, dəf, zəng) və
müxtəlif obrazların təsviri olan kartları (ayı, dovşan, sərçə,
keçi, pişik, inək) götürsün. Qrupunuzun musiqi alətinin tembrinə
uyğun şəkillərdən bir obrazı seçin. Musiqi səsləndikcə zərb
musiqi alətlərində çalmaqla seçdiyiniz obrazı ifadə edin.
Zərb alətinin tembrinə görə musiqi
obrazı yaradın.
""Həsəni""
Azərbaycan xalq rəqsi
Rəqs elementlərinin sxemi
Zərb alətlərinin tembrinə
uyğun daha hansı
obrazları yarada
bilərsiniz?
Cümləni tamamlayın
"Həsəni" rəqsinin müşayiətinə görə
təsəvvürümdə ... obrazı yaranır.