Bölmə 4 Musiqi təəssüratları
11
İnsanın hiss və düşüncələri, hərəkətləri, həyat hadisələri
və
təbiət mənzərələri müxtəlif olduğu kimi, musiqidə də
obrazlar
müxtəlifdir. Bu obrazları yaradarkən bəstəkar
musiqi ifadə
vasitələrindən istifadə edir.
Musiqi obrazını müəyyənləşdirərkən
həmin musiqi ifadə vasitələri və bəstəkarın bizə nəyi
çatdırmaq
istədiyi (ideya) nəzərə alınır.
Müxtəlif məzmunlu musiqi əsərləri
dinləyərkən və ya ifa edərkən musiqi
təəssüratlarımız zənginləşir.
Musiqidə
müxtəlif obrazlar
Nə qədər musiqi əsəri varsa
bir o qədər də obraz və
təəssürat var.
"Şaxta baba"
Musiqisi Səid Rüstəmovun,
sözləri Mirmehdi Seyidzadənindir.
I bənd
Keçdi dəniz, aşdı dağ,
Gəldi bizə bir qonaq.
Saçları qardan dümağ, hey, hey!
Söylədik alqış, baba,
Şaxta baba, qış baba!,
Nəqarət:
Ay sənə alqış, baba,
Şaxta baba, qış baba!
II bənd
Çöldə çıxıb qar dizə,
Yolka qonaqdır bizə.
Nəğmə deyib üz-üzə, hey, hey!
Söylədik alqış, baba,
Şaxta baba, qış baba!
Nəqarət.
Mahnını oxuyarkən Şaxta baba
obrazını hərəkətlərlə təsvir edin.