"Qayıqda"
Musiqisi Səid Rüstəmovun,
sözləri Mirmehdi Seyidzadənindir.
I bənd
Şəfəq yanır səhər erkən,
Qayıq çıxıb göy dənizə.
Qanadlanıb, açıb yelkən,
Gəzir suda üzə-üzə.
Nəqərat:
Seyrə çıxaq göy dənizə,
Gəzək suda üzə-üzə.
Musiqi əsərinin formasını
necə müəyyən etmək olar?
II bənd
Qayıq yarır dalğaları,
Köpüklənən sular daşır.
Qayıq gəlir bizə sarı,
Sahillərə yaxınlaşır.
Nəqərat.
III bənd
Bu qayıqda gəzirik biz,
Seyr edirik göy Xəzəri.
Gözəl keçir gəzintimiz,
Qayığımız dönür geri.
Nəqərat.
"Taxta əsgərlər marşı"
pyesi
Musiqisi Pyotr Çaykovskinindir.
Musiqi əsərlərinin hissələrinin adını
müəyyənləşdirib cədvəldə qeyd edin.
Dərsdə hansı
fəaliyyətinizi
daha uğurlu hesab
edirsiniz?