Bölmə 3 Musiqi forması
Musiqi əsərinin forması onun məzmunu ilə sıx əlaqədardır.
8
Sadə musiqi formaları
Eyni əhvali-ruhiyyəni müxtəlif formalı musiqi
əsərlərində əks etdirmək olar. Məzmununa görə
musiqi əsərləri 1, 2, 3 hissəli və digər formalarda yazılır.
1 hissəli musiqi formasında (şərti olaraq
"A" hərfi ilə işarələnir) yazılmış əsər bir xarakter
və əhvali-ruhiyyəlidir.
2 hissəli musiqi formasında (şərti olaraq
"A-B" hərfləri ilə işarələnir) yazılmış əsərin II
hissəsi xarakter və əhvali-ruhiyyəsinə görə I
hissədən fərqlənir.
3 hissəli musiqi formasında (şərti olaraq "A-B-A" hərfləri ilə işarələnir) yazılmış əsərin I və
III
hissələri, əsasən, bir xarakter və əhvali-ruhiyyəlidir. II hissə isə onlardan fərqli olur.
Hər bir musiqi əsərinin öz
quruluşu - musiqi forması
vardır.
1 hissəli musiqi
formasının sxemi
2 hissəli musiqi
formasının sxemi
3 hissəli musiqi formasının
sxemi
"Qatar"
Musiqisi Fikrət Əmirovun,
sözləri Zeynal Cabbarzadənindir.