"Azərbaycanım"
Musiqisi Rauf Hacıyevin,
sözləri Ənvər Əlibəylinindir.
Azərbaycan haqqında mahnıları necə təqdim etmək olar?
"Azərbaycanım" mahnısını
oxuyarkən ölçüsünə
uyğun dirijorluq edin
("bir və", "iki və").
"Azərbaycanım" mahnısının şifahi
təqdimatını hazırlayın.
I bənd
Özün kimi vüqarlıdır uca dağların,
Hüsnünə bir yaraşıqdır yaşıl bağların,
Bizimlə bir başlamışdır gözəl çağların.
Nəqarət:
Yurdum, yuvam, məskənimsən, Azərbaycanım!
Anam, doğma vətənimsən, Azərbaycanım!
II bənd
El bilir ki, tükənməyən sərvətin vardır,
Sinən üstü ağ pambıqlı gen tarlalardır,
Buruqların göy Xəzərdə qatar-qatardır.
Nəqarət.
Daha hansı mahnıya təqdimat hazırlamaq istərdiniz?