İnsanlar təbiətdən aldıqları informasiya əsasında faydalı obyektlər yaratmışlar.
Bitkilər də informasiyanı qəbul edib ötürür. Onlar budaq və yarpaqlarını günəşə, işığa doğru yönəldir. Payız gələndə isə öz yarpaqlarını tökür.
Küsdümgülü (mimoza)
Hindistanda çay kənarlarında bu bitkiyə tez-tez rast
gəlmək olur. Yağış zamanı bitkinin bir yarpağına su damcısı
düşən kimi onun bütün yarpaqları büzüşür.
Ən maraqlısı isə odur ki, bir bitkinin yarpaqları büzüşən
kimi bu barədə informasiya o biri bitkilərə də ötürülür.
Beləliklə, yağış haqqında informasiya bircə anda bütün
küsdümgülü bitkilərinə yayılır.