Bütün canlılar ətraf aləmdən informasiya alır. Bəzi canlıların görmə bəzilərinin eşitmə, digərlərinin isə iybilmə qabiliyyəti insana nisbətən daha yaxşı inkişaf etmişdir.
Məsələn: tülkü, it qoxunu insandan daha yaxşı duyur. Yarasalar, delfinlər isə insanın eşidə bilmədiyi səsləri eşidir.
Təbiətin hər bir parçasından müəyyən informasiya almaq olur. Məsələn, ağacın gövdəsindəki halqalardan onun yaşını, əvvəlki illərin yağmurlu, yaxud quraqlıq keçdiyini öyrənmək mümkündür.