= düyməsi basıldıqdan sonra hesablama başa çatır. Bundan sonra yeni ədədlər və əməllər daxil etmək olar.
Əgər siz yeni hesablama aparmaq istəyirsinizsə, ekranı təmizləmək lazımdır. Bu məqsədlə düyməsi nəzərdə tutulub.
Lakin elə ifadələr var ki, onların qiymətini hesablayarkən aralıq nəticələri yadda saxlamaq lazım gəlir. Bunun üçün kalkulyatorda yaddaşla işləyən düymələr var.
Bu düyməni basdıqda ekranda olan ədəd kompüterin yaddaşına yazılır.
Bu düyməni basdıqda kompüterin yaddaşında olan ədəd ekrana çıxarılır.
Bu düymələrdən istifadə etsəniz kalkulyatorda işləyəndə sizə aralıq nəticələri yazmaq üçün kağız lazım olmayacaq.
Tutaq ki,
3 • 5 + 4 • 2
ifadəsinin qiymətini hesablamaq lazımdır.
Calculator proqramı ilə 3 · 5 + 4 · 2 ifadəsinin qiymətinin hesablanması
1 Calculator proqramını başladın.
2 düymələri ardıcıl çıqqıldadın. Ekranda 15 ədədi əks olunacaq.
3 düyməsini çıqqıldadın. Ekrandakı ədəd kompüterin yaddaşına yazılacaq.
4 düymələrini ardıcıl çıqqıldadın. Ekranda 8 ədədi əks olunacaq.
5 düyməsini çıqqıldadın. Yaddaşda saxlanmış ədəd (15) ekrana çıxacaq.