Mətn redaktorunda aşağıdakı mətn yığılmışdır.
Finalda “Aslan” və “Qaplan” komandaları görüşdülər. “Aslan” komandası oyunu uduzdu. Hər iki komanda çox yaxşı oyun göstərdi.
Aşağıdakı alqoritmin icrasından sonra mətndə hansı dəyişiklik baş verəcək?
1 Replace düyməsini çıqqıldadın.
2 Find what sətrində "uz" yazın. (Replace with sətrində heç nə yazma.)
3 Replace All düyməsini çıqqıldadın.
Hər bir proqramda olduğu kimi, WordPad proqramının da öz yardım menyusu var. Bu menyunu proqramın istənilən yerindən çağırmaq üçün <F1> klavişindən istifadə etmək olar. Açılan pəncərədə istədiyiniz mövzunu tapıb onun haqqında əlavə məlumat ala bilərsiniz.