Ötən dərsdəki bütün “mətn” sözlərini tapmağa müəyyən vaxt sərf etməli olacaqsınız. Bəs bütün dərslikdə həmin sözün sayını bilmək üçün nə qədər vaxt tələb olunardı? Əlbəttə ki, bu yorucu iş az vaxt aparmayacaq.
Buna bənzər işlər mətn redaktorunda bir anda və asanlıqla yerinə yetirilir.
Mətndə sözün tapılması alqoritmi
1 WordPad mətn redaktorunu başladın.
3 Find düyməsini çıqqıldadın. Uyğun pəncərə açılacaq.
4 Find what sətrində “tak” sözünü yazın.
5 Find Next düyməsini çıqqıldadın. Mətndə ilk tapılan “tak” sözü seçdiriləcək.
6 Hər dəfə Find Next düyməsini çıqqıldatmaqla mətndəki qalan “tak” sözlərini tapın.
7 Axtarışın sona çatması haqqında xəbərdarlıq pəncərəsi açılanda Cancel düyməsini çıqqıldadın.