İnformasiya mənbələri təbii və süni ola bilər. Şəlalə, ağac yarpaqları, çiçəklər təbii informasiya mənbələridir. İnsanın yaratdığı obyektlər isə, məsələn, stol, avtomobil, çanta süni informasiya mənbələridir. Bəzən informasiya mənbəyinin təbii, yaxud süni olmasını müəyyən etmək çətin olur.