Bəzən mətndə ayrı-ayrı sözlər, yaxud cümlələr dəfələrlə təkrarlanır. Mətn redaktorlarında belə sözləri, yaxud cümlələri təkrar-təkrar yığmağa gərək yoxdur. Bunun üçün təkrarlanan fraqment bir dəfə yığılır, sonra onun üzü çıxarılır və lazım olan yerə “yapışdırılır”.
Copy, Cut və Paste komandaları vasitəsilə ayrı-ayrı mətnlərdən yeni mətn yaratmaq olar.