Mətni redaktə etmək üçün əvvəlcə mətnin dəyişdiriləcək hissəsi seçdirilməlidir. Seçdirilmiş hissə ekranda əks rənglə, yəni ağ simvollar qara fonda görünür. Məsələn, aşağıdakı nümunədə “dir” fraqmenti seçdirilib.
Mətn fraqmentinin seçdirilməsi alqoritmi
1 Siçanın göstəricisini seçdiriləcək fraqmentin başlanğıcına aparın.
2 Siçanın sol düyməsini basıb saxlayaraq göstəricini fraqmentin sonuna aparın.
3 Düyməni buraxın.
Mətnin fraqmentini silmək üçün öncə onu seçdirmək, sonra isə <Delete> klavişini basmaq lazımdır.