Bəzən çap olunmuş mətni sonradan oxuyarkən müəyyən sözlərin, yaxud cümlələrin yerini dəyişmək lazım gəlir.
Kompüterlər olmayanda bunun üçün mətndəki sözləri kəsib düzgün ardıcıllıqla yapışdırırdılar. İngiliscə bu əməliyyata “cut and paste” (“kəs və yapışdır”) deyirlər.
Bu prinsipdən mətn redaktorunda da istifadə olunur.
İlk dəfədən səhvsiz sənəd yaratmaq asan iş deyil. Ona görə də çox zaman sənədlərin redaktəyə ehtiyacı olur.
Sənədin redaktəsi dedikdə, mətnə söz artırılması, silinməsi, yerinin dəyişdirilməsi, səhvlərin düzəldilməsi kimi əməliyyatlar nəzərdə tutulur