Mətnin kompüterdə saxlanması alqoritmi
1 WordPad proqramını başladın.
2 İstədiyin mətni yazın.
3 Menyu zolağındakı düyməsini çıqqıldadın.
4 Save as bəndini seçin. Uyğun pəncərə açılacaq.
5 Həmin pəncərədə yeni qovluq yaradın və onu adlandırın (New Folder adını öz adınızla əvəz edin).
6 Qovluğu açın.
7 Mətni adlandırmaq üçün File name sətrində uyğun ad yazın (məsələn, Məktub).
8 Save düyməsini çıqqıldadın.
Mətn redaktorunda görülmüş işin nəticəsində sənəd yaradılır. Sənəddə mətnlə yanaşı şəkil də ola bilər. Çox vaxt kompüterdə saxlanmış sənədi yenidən ekrana çıxarıb onda bəzi dəyişikliklər etmək lazım gəlir.
Kompüterdə saxlanmış sənədin açılması alqoritmi
1 Menyu zolağındakı düyməsini çıqqıldadın.
2 Açılan siyahıdan Open bəndini seçin. Uyğun pəncərə açılacaq.
3 Sənədi saxladığın qovluğu açın.
4 Pəncərədə sənədin adını tapın və onu seçdirin.
5 Open düyməsini çıqqıldadın. Sənəd mətn redaktorunun iş sahəsində açılacaq.