Qrafik redaktorda olduğu kimi, mətn redaktorunda da yazılmış mətnin vərəqdə necə yerləşəcəyini bilmək vacibdir. Buna görə də iş zamanı səhifənin parametrlərini — onun ölçü və istiqamətini müəyyən etmək lazımdır.
Səhifənin parametrlərinin təyin edilməsi alqoritmi
1 Menyu zolağındakı düyməsini çıqqıldadın.
2 Açılan siyahıdan Page setup bəndini seçin. Uyğun pəncərə açılacaq.
3 Kağızıın ölçüsünü Paper (Kağız) bölməsinin Size (Ölçü) siyahısından təyin edin.
4 Kağızın istiqamətini Orientation (Yön) bölməsində təyin edin.
5 OK düyməsini çıqqıldadın.
Şəkillərin kompüterdə saxlanması qaydası ilə mətnləri də saxlamaq olar. Bu zaman siz mətnlər üçün ayrıca qovluq yarada bilərsiniz.