Bu alqoritmin icrasından sonra kompüterin iş masasındakı şəkil dəyişərək sizin çəkdiyiniz şəkillə əvəzlənəcək.
Proqramlarla işləyərkən müəyyən çətinliklər çıxa bilər. Bu halda proqramların əksəriyyətində olan yardım menyusundan yararlanmaq olar. Orada siz lazım olan mövzuya aid arayış ala bilərsiniz.
Yardım almaq üçün <F1> klavişini basmaq lazımdır. Açılan pəncərədə ya hansısa mövzunu seçmək, ya da açar sözü daxil edib lazım olan mövzunu tapmaq olar.