Kompüter söndürüldükdə onun ekranında olan informasiya itir. Ancaq ekrandakı informasiya müəyyən vaxtdan sonra lazım ola bilər. Məsələn, çəkdiyiniz şəkilləri başqalarına göstərmək, yaxud sonradan onların üzərində düzəlişlər etmək istəyərsiniz. Ona görə də kompüteri söndürməzdən əvvəl çəkilmiş şəkilləri onun yaddaşında saxlamaq lazımdır.