Bəzən bu alqoritmin 3 və 4-cü addımlarını təkrar-təkrar yerinə yetirmək lazım gəlir. Bu halda klaviaturanın <Ctrl> klavişindən istifadə etmək daha əlverişli olur. Bunun üçün <Ctrl> klavişini basıb saxlamaq və seçdirilmiş fraqmentin yerini dəyişmək lazımdır.

1 seçdirmə aləti ilə çoxaltmaq istədiyin fraqmenti seçin.

2 Klaviaturada <Ctrl> klavişini basıb saxlayın.

3 Göstəricinin yerini dəyişib siçanın sol düyməsini basmaqla fraqmenti istədiyin sayda çoxaldın.

4 <Ctrl> klavişini buraxın.

Şəklin fraqmentinin silinməsi alqoritmi

1 seçdirmə alətini seçin.

2 Şəklin istədiyin fraqmentini seçdirin (məsələn, pişiyi).

3 Klaviaturada <Delete> klavişini basın.

Şəklin fraqmentlərini çoxaltmaqla maraqlı şəkillər və mozaikalar çəkmək olar.

FİKİRLƏŞ

Bu şəkillərin çəkilməsində hansı alətlərdən istifadə olunub?