Siz kağız üzərində şəkil çəkərkən onun hansısa yerlərini pozub yenidən çəkməli olursunuz.
Applikasiya və mozaikalar düzəldərkən eyni hissələri çoxaldıb kağız üzərinə yapışdırırsınız.
Bu cür işləri qrafik redaktorda yerinə yetirmək daha asandır. Başqa sözlə, qrafik redaktorda çəkilmiş şəklin bir hissəsinin — fraqmentinin yerini dəyişmək, üzünü köçürmək, yaxud silmək çox rahatdır. Bunun üçün seçdirmə alətlərindən istifadə olunur.
Şəklin fraqmentinin seçdirilməsi alqoritmi
1 Paint proqramını başlat.
2 İstədiyin şəkli çək.
4 Siçanın göstəricisini seçdirmək istədiyin fraqmentin sol yuxarı küncündə yerləşdir.
5 Siçanın sol düyməsini bas və onu hərəkət etdirməklə fraqmenti çərçivəyə al.
6 Siçanın sol düyməsini burax.