İstədiyiniz rəng palitrada olmaya bilər. Başqa sözlə, sizə palitrada olan rəng deyil, onun hər hansı çaları lazım ola bilər. Bəs bu halda nə etməli? Bunun üçün aşağıdakı alqoritmi icra etməklə palitradakı rəngləri dəyişmək olar.
1 Əsas rəngin çalarını almaq üçün
düyməsini çıqqıldat.
Edit Colors pəncərəsi açılacaq.
2 Hər hansı əsas rəngin çalarını təyin etmək üçün Basic colors bölümündə həmin rəngi seçin. Pəncərənin sağ hissəsindəki zolaqda seçilmiş əsas rəngin çalarları əks olunacaq.
3 Zolağın sağındakı kiçik qara üçbucağı hərəkət etdirməklə bu rəngin istədiyin çalarını seçin.
4 OK düyməsini çıqqıldadın.