“Təsviri incəsənət” dərslərində istifadə etdiyiniz rəsm albomunun vərəqi A4 ölçülü vərəq adlanır.
Adətən, mənzərə şəkilləri vərəqdə üfüqi, portretlər isə şaquli istiqamətdə yerləşdirilir. Buna uyğun olaraq, vərəqin istiqaməti də mənzərə, yaxud portret adlandırılır.
Paint proqramında vərəqin ölçülərini və şəklin yerləşmə istiqamətini təyin etmək üçün aşağıdakı alqoritmi yerinə yetirmək lazımdır:
1 Menyu zolağındakı düyməsini çıqqıldadın.
2 Açılan siyahıdan öncə Print, sonra isə Page setup bəndini seçin.
Uyğun pəncərə açılacaq.
3 Kağızın ölçüsünü Paper (Kağız) bölməsinin Size (Ölçü) siyahısından təyin edin.
4 Kağızın istiqamətini Orientation (Yön) bölməsində təyin edin.
5 OK düyməsini çıqqıldadın.