Qovluqlar üzərində müxtəlif əməliyyatlar aparmaq olar:
İş masasında yeni qovluğun yaradılması alqoritmi
1 İş masasının boş yerində siçanın sağ düyməsini çıqqıldadın.
2 Açılmış menyuda New bəndini tap və göstəricini onun üzərinə aparın.
3 Yeni açılmış siyahıda Folder bəndini tapıb siçanın sol düyməsini basın. İş masasında göstərdiyin yerdə New Folder adlı qovluq yaranacaq.
4 Qovluğun adının seçdirilmiş olmasına əmin olun və klaviaturada öz adını yazın.
Qovluğu açmaq üçün siçanın göstəricisini onun üzərinə gətirib siçanın düyməsini qoşa çıqqıldatmaq lazımdır.