Yəqin ki, hər birinizin bir, yaxud bir neçə fotoalbomunuz var. Məktəb şəkillərini bir, ailə şəkillərini isə başqa bir albomda saxlamaq daha yaxşıdır. Bu halda axtardığınız şəkli asanca tapa bilərsiniz.
Kompüterdə də informasiyanın nizamlı saxlanmasının önəmi böyükdür. Bu məqsədlə kompüterdə qovluqlardan istifadə olunur.
Hər bir qovluğun adı və simgəsi olur. Qovluğun adı onun simgəsinin altında yazılır.
Bəzi qovluqların xüsusi simgələri olur.