Pəncərə iş masasının obyektidir. Hər bir obyekt kimi, pəncərə üzərində də müəyyən əməliyyatlar aparmaq mümkündür.
Pəncərənin ölçüsünün dəyişdirilməsi alqoritmi
1 Siçanın göstəricisini pəncərənin çərçivəsinin üzərinə aparın. Göstərici ikiyönlü ox (↔) formasını alacaq.
2 Siçanın sol düyməsini basıb saxlayaraq siçanı hərəkət etdirin. Bu zaman pəncərənin ölçüsü dəyişəcək.
3 İstədiyin ölçünü alıb siçanın düyməsini buraxın.