Əgər proqramın simgəsi iş masasında yoxdursa, onu başlatmaq üçün aşağıdakı alqoritmi yerinə yetirmək olar:
1 İş masasındakı
START düyməsini çıqqıldadın.
Bir siyahı — baş menyu açılacaq.
2 Siçanın göstəricisini All Programs düyməsinin üzərinə aparın. Yeni açılan siyahıda kompüterdə olan proqramların adı var.
3 Göstəricini lazım olan proqramın adının üzərinə aparın və çıqqıldadın.
Hər bir proqram pəncərədə açılır. Pəncərələr müxtəlif olsa da, onların hamısı üçün eyni olan elementlər vardır: başlıq zolağı, menyu zolağı, alətlər zolağı, qapatma düyməsi və s.