KOMPÜTERDƏ ƏMƏLİYYATLAR

17. KOMPÜTER VƏ İNFORMASİYA

  • İnsan öz işlərini asanlaşdırmaq üçün hansı alətləri düzəldib?
  • Hansı hesablama alətlərini tanıyırsınız?

İnsanlar öz əməklərini yüngülləşdirmək və daha səmərəli etmək üçün zaman-zaman müxtəlif alətlər, qurğular düzəltmişlər.

Bu alətlərin bir qrupunu hesablama alətləri (qurğuları) təşkil edir. Onların ən mükəmməli kompüterdir.

Kompüterin əsas qurğusu olan prosessor ona verilən informasiyanı emal edir, nəticəni yaddaşda saxlayır, lazım olduqda çıxışa verir. Buna görə də prosessoru informasiyanı emal edən qurğu da adlandırırlar.

İnformasiya emal olunmaq üçün kompüterə daxil edilməlidir. Bunun üçün daxiletmə və ya giriş qurğuları nəzərdə tutulub.