Sözlük
-
Dövr
-
Dövri alqoritm
-
Təkrarlanan hərəkətlər ardıcıllığı
Başlanğıc
-
Vedrəni götür.
-
Quyuya yaxınlaş.
-
Vedrəni doldur.
-
Hovuzun yanına gəl.
-
Vedrəni hovuza boşalt.
-
Hovuz doldusa, növbəti addıma keç,
əks halda 2-ci addıma qayıt.
-
Vedrəni yerə qoy və dincəl.
Son
Aşağıdakı alqoritmlə tanış olaq:
Başlanğıc
-
Fikrində bir ədəd tut.
-
Ədədi bir vahid azalt.
-
Alınmış ədəd 0-a bərabər deyilsə, onda 2-ci
addıma keç, əks halda növbəti addıma keç.
-
Nəticəni söylə.
Son
FİKİRLƏŞ
Nəticədə hansı ədəd alınacaq?
Başqa nəticə ola bilərmi? İkinci addım neçə dəfə təkrarlanacaq?