Göründüyü kimi bu alqoritmdə 2, 3, 4 və 5-ci addımlar bir neçə dəfə təkrarlanacaq.
Təkrarlanan hərəkətlərin sayı çox olanda, alqoritmin yazılışı da uzun alınar. Alqoritmləri daha qısa yazmaq üçün dövrlərdən istifadə olunur.
Alqoritmdə təkrarlanan addımlar ardıcıllığı dövr adlanır. Daxilində dövr olan alqoritmə isə dövri alqoritm deyilir.
Hər bir alqoritmin sonu olmalıdır. Bəs “Hovuzun doldurulması” alqoritmində 2, 3, 4 və 5-ci addımlar nə qədər təkrarlanacaq? Yəqin ki, hovuz dolanadək.
Onda yuxarıdakı alqoritmi və ona uyğun blok-sxemi belə yaza bilərik: