Siz çox zaman yaranmış şəraitdən asılı olaraq hərəkət edirsiniz. Məsələn, hava soyuqdursa, evdən çıxanda isti geyinirsiniz. Əgər acsınızsa, yemək yeyirsiniz. Hər gün getdiyiniz yol bağlıdırsa, yolunuzu dəyişirsiniz. Başqa sözlə, necə hərəkət etməyiniz müəyyən şərtdən asılı olur.
Uşaqlar Cırtdanın sözünə qulaq asıb divin evinə gedib çıxırlar. Çünki it hürən tərəfdə onları təhlükə gözlədiyini düşünürlər.