İnsan hər gün çoxlu sayda alqoritm icra edir. Bu alqoritmlərin əksəriyyəti bir neçə addımdan ibarət olur və hər addım bir dəfə yerinə yetirilir. Məsələn, “paltar geyinmə”, “əl-üz yuma”, “riyazi ifadəni hesablama” alqoritmlərinin hər biri ardıcıl yerinə yetirilən addımlardan ibarətdir.
Əgər alqoritmdə hərəkətlər yazıldıqları ardıcıllıqla icra olunursa, belə alqoritmə ardıcıl, yaxud xətti alqoritm deyilir.