Damalı vərəqdə fiqurlar çəkmək üçün qələmin hərəkətini oxlarla göstərmək daha rahatdır.
Belə alqoritmlərdə hər bir ox müəyyən hərəkət istiqamətini göstərir. Keçiləcək xanaların sayı isə oxun sağ tərəfində yazılır. Məsələn, → 2 ↓ 1 yazılışı iki xana sağa, bir xana aşağı hərəkəti bildirir.