Siz hər gün çoxlu sayda hərəkətləri yerinə yetirməli olursunuz. Məsələn, yemək yeyirsiniz, məktəbə gedirsiniz, məsələ həll edirsiniz.
Müəyyən məqsədə çatmaq üçün yerinə yetirilən hərəkətlər ardıcıllığı alqoritm adlanır. Başqa sözlə, alqoritm ardıcıl yerinə yetirilən hərəkətlərdən yaxud addımlardan ibarətdir.
İnformasiya kimi, alqoritmi də müxtəlif formalarda təqdim etmək olar: sözlə ,işarətlərlə , sxemlə.