Bəzən qanunauyğunluqlar bir yox, bir neçə əlamətə görə tapılır.
İpdə rəngli bayraqlar asılmışdır. Onlar aşağıdakı qanunauyğunluqla düzülmüşlər :
formalarına görə — üçbucaq, düzbucaqlı, üçbucaq, düzbucaqlı, …
rənglərinə görə — göy, sarı, qırmızı, göy, sarı, qırmızı, ...
Qanunauyğunluğa görə növbəti bayrağın forması üçbucaq, rəngi isə göy olmalıdır.
Bəzən bir obyektlər qrupunu müəyyən qayda ilə düzmək üçün başqa bir qrupdakı qanunauyğunluqdan istifadə olunur. Bu halda birinci və ikinci qrupdakı qanunauyğunluqlar bir-birinə oxşar olur. Bu qayda ilə alınan qanunauyğunluğa bənzər qanunauyğunluq deyirlər.
Tutaq ki, rəngli şarları yuxarıdakı bayraqlara oxşar olaraq asmaq tapşırılmışdır. Onda şarları aşağıdakı kimi asmaq lazımdır.