Gecədən sonra gündüzün, gündüzdən sonra gecənin gəldiyini hamınız bilirsiniz. Yaz qışı, qış payızı əvəz edir. Payızda ağacların yarpaqları tökülür, yazda isə təbiət oyanır. Göründüyü kimi, bəzi hadisələr hər hansı qayda ilə bir-birini əvəzləyir. Bu halda deyirlər ki, hadisələr ardıcıllığında müəyyən qanunauyğunluq var.
Ədəd, fiqur və sözlərin sırasında da qanunauyğunluqlar tapmaq olar.