Quşların hamısı iki ayaqlıdır.
Onların heç birinin buynuzu yoxdur.
Onların fərqləndirici əlamətlərini qeyd etmək üçün “bəzisi” sözündən istifadə olunur.
Quşların bəzisi uça bilmir.
“Hamısı”, “heç biri”, “bəzisi” sözlərindən istifadə etməklə doğru mülahizələri yalan mülahizələrə çevirmək olar.
Şəkildəki fiqurların hamısı üçbucaqdır. — Doğru
Şəkildəki fiqurların heç biri üçbucaq deyil. — Yalan