İnsanlar bir qrupa aid obyektlər haqqında danışarkən “hamısı”, “heç biri”, “bəzisi” sözlərindən istifadə edirlər. Belə sözlərə informatikada kvantor sözlər deyilir.
Əgər cümlədə “hamısı” və “heç biri” sözləri varsa, onda fikir qrupa daxil olan bütün obyektlərə aiddir.
Uşaqların hamısının papağı var.
Onların heç birinin çantası yoxdur.
Əgər cümlədə “bəzisi” sözü varsa, onda fikir qrupdakı obyektlərin bir hissəsinə aid olur.
Uşaqların bəzisi qar adam düzəldir.
Onların bəzisi qartopu oynayır.